ABŞ-dan Putinə cavab: Siz gərək qorxasınız!

Rusiyanın dediyi kimi, biz Şimali Koreyanı qorxutmuruq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli söyləyib.
“Şimali Koreyanı biz qorxutmuruq. Onlar özləri beynəlxalq ictimaiyyəti qorxudurlar. Rusiya da gərək bundan qorxsun. Rusiya gərək mövqe seçsin. Onlar ya Pxenyanla savaşacaqlar, ya da Pxenyanla dost olacaqlar”, – deyə o bildirib.
Qeyd edək ki, ötən gün Rusiya lideri Putin Şimali Koreyanı qorxutmaq əvəzinə, konfliktin sülh yolu ilə həlli üçün dialoq kanallarını açıq saxlamağın gərəkdiyini bildirmişdi.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26