Interposta.Info

Kseniya Sobçak: “Krım Ukrayna ərazisidir”

Dünya
 24-10-2017, 19:32     9 427

“Beynəlxalq hüquq baxımından Krımı Ukrayna ərazisi hesab edirəm”

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün Rusiyada prezidentliyinə namizəd, tanınmış teleaparıcı Kseniya Sobçak mətbuat konfransında bəyan edib.

"Biz öz sözümüzü, 1994-cü ilin Budapeşt memorandumunu pozduq. Söz verdik, lakin sözümüzü tutmadıq. Bundan sonra biz müzakirə etməliyik. Bu, böyük problemdir", - deyə Sobçak vurğulayıb.

O, Ukrayna ilə münasibətlərin Rusiya üçün çox vacib olduğunu söyləyib: "Münasibətləri normallaşdırmaq lazımdır. Ukrayna sözsüz ki, Rusiya üçün çox vacib tərəfdaşdır. Normal, yaxşı münasibətləri bərpa etmək, yəqin ki, Rusiyanın qarşısında duran ən başlıca vəzifədir”.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri gələn ilin martında keçiriləcək. Seçki kampaniyasına dekabr ayından start veriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26