Interposta.Info

Sobçaka bu cür hücum edildi -

Dünya
 4-03-2018, 23:17     10 422

Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak naməlum şəxsin hücumuna məruz qalıb.

Axar.az xəbər verir ki, K.Sobçak bu barədə Tvitter hesabında məlumat yayıb.

O bildirib ki, hadisə Petrovski Yol Sarayında Mixail Qorbaçovun ad gününə həsr olunmuş mərasimdən çıxan zaman baş verib. Nəticədə Sobçak yerə yıxılıb.

“Bu, Jirinovskiyə görədir”, - deyə prezidentliyə namizədə hücumdan sonra qışqıraraq deyilib.

Mühafizəçi dərhal hadisəni törədən şəxsi yaxalayıb. Olay barədə polisə məlumat verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl prezidentliyə namizədlərin televiziyada təşkil olunan debatında Sobçak Vladimir Jirinovskinin üzünə su atmışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26