Interposta.Info

BDAT-ın nümayəndə heyəti İzmirdə rəsmi səfərdə - Fotolar

Siyasət
 21-03-2017, 15:17     514

Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının (BDAT) Təşəbbüs qrupu Novruz bayramı ilə əlaqədar bir neçə gündür ki, Türkiyənin İzmir şəhərində səfərdədir.
interposta.info xəbər verir ki, baş tutan bu səfərdə Təşəbbüs qrupu bir sıra tədbirlərdə iştirak etmiş və dövlət rəsmilərilə görüşərək məqsəd və məramları barədə açıqlamalar vermişdir. Belə ki, dünən İzmir şəhərinin Bornova Bələdiyyə sədri Olqun Atilla ilə görüş keçirilib. Görüş, Türkiyə Cumhuriyyətinin qurucusu, banisi Mustafa Kamal Atatürkün məqamında "Ata Evi muzeyində" baş tutub.

Təşəbbüs qrupunun üzvləri daha sonra Bələdiyyə sədri Olqun Atillanın müşaiyətilə Atatürkə aid olan özəl və tarixi dəyərli əşyalarla və nadir rəsimlərlə yaxından tanış olub.
BDAT-ın Türkiyə üzrə Koordinatoru Gürsel Özdəmir təşkilatın fəaliyyəti və məqsədləri barədə mühüm açıqlamalar verib, maraqlı müzakirələrin aparılmasına vəsilə olub. Görüşdə Azərbaycanın haqq səsinin bütün dünya ictimaiyyətinə çatdırılması yönündə güclərimizi birləşdirərək strateji addımların atılmasının zəruriliyi vurğulanıb. Uzun və maraqlı söhbətdən bir daha aydın olub ki, qardaş Türkiyə hər zaman olduğu kimi bu gün də Azərbaycanın ən böyük dəstəkçisi və havadarıdır. Sonda bu görüşü tarixə həkk etmək üçün ay ulduzlu bayrağımızın ətrafında Olgun Atilla və nümayəndə heyətimizin xatirə rəsmləri çəkilərək qardaşlıq əlləri sıxılıb.

interposta.info
BDAT-ın nümayəndə heyəti İzmirdə rəsmi səfərdə - Fotolar
BDAT-ın nümayəndə heyəti İzmirdə rəsmi səfərdə - Fotolar

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26