Interposta.Info

“İzmirdə Xocalı abidəsinin açılışını edəcəyik”

Gündəm
 5-04-2017, 10:36     602

Bu yaxınlarda yaranan Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının (BDAT) təşəbbüs qrupu ictimai fəaliyyətini davam etdirir. BDAT-n vitse-prezidenti Könül Məmmədzadə interposta.info-a verdiyi müsahibəsində təşkilatın planlarından danışıb:
-Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının (BDAT) vitse- prezidentsiniz. Sizdən Diaspor fəaliyyətində hansısa inqilabi yeniliklər gözləyəkmi?
-Salam. Öncə diqqətiniz üçün təşəkkür edirəm. Əlbəttə, insan ilk nə üçünsə addım atırsa nailiyyət qazanacağını düşünür. İnqilab dediniz. Əslində bir inqilab baş verəcəyini düşünürəm. Çünki təşkilatın adı ilə yanaşı güclü , peşəkar ,vətən fədailəri olan üzvlərinə güvənərək bu təşkilatı yaratdıq. Artıq 14 dövlətdə koordinator rəhbərlikləri fəaliyyət göstərirlər.
-Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatları ermənilərlə müqayisədə çox zəifdir. Siz də diaspora prosesində iştirak edirsiniz. Niyə bizim diaspora qurumlarımız, təşkilatlarımız daima parçalanır, eyni təşkilatda olanlar alternativ qurumlar yaratmaqla zəifləməyə doğru gedirlər?
-Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatları ermənilərlə müqayisədə çox zəifdir. Siz də diaspora prosesində iştirak edirsiniz. Niyə bizim diaspora qurumlarımız, təşkilatlarımız daima parçalanır, eyni təşkilatda olanlar alternativ qurumlar yaratmaqla zəifləməyə doğru gedirlər?
Haqlısınlz. Diaspora təşkilatı çox, fəaliyyət isə zəifdir. Və bir çox hallarda parçalanmalar baş verir. Biz baş verən səhvləri təkrarlamamalıyıq. Birinci növbədə ən böyük səhvlərdən birincisi liderlik sevdasıdır. Bu gün bunu deyil, Azərbaycan üçün nələr edə bilərik deyə düşünməliyik. Daha sonra diaspora fəaliyyəti ilə məşğul olan( sözün əsl mənasında iş görən təşkilatları nəzərdə tuturam) təşkilatlara dövlətimiz tərəfindən( komitə) dəstək olmalıdır. Biz könüllülər olaraq söz və əməl döyüşünə çıxmışıq. 20% faiz torpağı işğal altında qalan, haqsızlığa uğrayan , bir millət olaraq , əl-ələ verib fəaliyyət göstərməliyik. Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmalıyıq. Müharibə, döyüş tək səngərdə aparılmamalıdır. Biz tariximizə, mədəniyyətimizə, mətbəximizə, milli-mənəvi dəyərlərimizə,keçmişimizə sahib çıxaraq dünyaya kim olduğumuzu sərgiləməliyik və göstərməliyik. Və ümid edirəm ki bizlər buna nail olacağıq.
-Novruz bayramı ərəfəsində Türkiyənin İzmir şəhərinə səfər etdiniz. Səfərlə bağlı təəssüratlarınız necədir?
-Yuxarıda qeyd etdiyim kimi bizim bir çox dövlətlərdə koordinatorluqlarımız fəaliyyət göstərir. O cümlədən qardaş Türkiyə dövləti üzrə də koordinator rəhbərimizin təşkilatçılığı ilə NOVRUZ bayramı möhtəşəm şəkildə təşkil olunmuşdu. Tədbirə millət vəkilləri, bələdiyyə rəhbərləri, mədəniyyət rəhbərləri və işçiləri, yazarlar dəvətli idilər. Tədbir yüksək səviyyədə təşkil olunmuşdu. Belə ki açıq havada yüzlərlə insanın iştirak etdiyi tədbirdə Azərbaycan bayrağının dalğalanması ilə yanaşı milli musiqimizin sədası İzmirin sahilini bürümüşdü. Bu o qədər qürur verici idi ki...
Bir sözlə, bu ilki bayramımızı Türkiyədəki həmvətənlərimizlə keçirdik. Doğrusu səfərimiz bayramla əlaqədar olsa da bir neçə rəsmi görüşlərlə də zənginləşdi. Belə ki bir neçə bələdiyyə rəhbərləri ilə göruşdük. Bornova, Karabağlar, Balçova bələdiyyə rəhbərləri ilə göruşün hər biri yadda qalan oldu. Görüşlərimiz yüksək səviyyədə baş tutdu. Bir sıra məsələlərə toxunduq. İlk öncə bizim bir millət iki dövlət olduğumuzu diqqət mərkəzinə gətirərək Xocalı faciəsi bütün Türk dünyasının faciəsidir deyə xatırladaraq böyük bir təklif və xahiş etdik. Belə ki İzmirin ən gözəl görüntülü ,manzərəli, insan izdihamının daha çox oldugu və istirahətə ehtiyacı olan yerlərdən birində Xocali abidəsi ucaldılaraq 26.02.2018 tarixinə böyük bir parkin açılışı üçün müraciətimiz yüksək fikirlərlə qarşılandı və qəbul edildi. Türkiyədə İzmirde yaşayan hər bir insanin, o cümlədən gələn qonaqların Xocalı haqqında geniş məlumat alması və erməni vandalizmini tanımaları üçün qısa məlumatlar da qeyd olunacaq.

interposta.info
“İzmirdə Xocalı abidəsinin açılışını edəcəyik”
“İzmirdə Xocalı abidəsinin açılışını edəcəyik”
“İzmirdə Xocalı abidəsinin açılışını edəcəyik”
“İzmirdə Xocalı abidəsinin açılışını edəcəyik”
“İzmirdə Xocalı abidəsinin açılışını edəcəyik”
“İzmirdə Xocalı abidəsinin açılışını edəcəyik”

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26