Interposta.Info

BDAT-da yeni təyinatlar

Gündəm
 17-05-2017, 13:43     685

Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatında (BDAT) struktur və kadr islahatları aparılıb.
Təşkilatdan interposta.info-a verilən məlumatına görə, struktur formalaşması nəticəsində qurumda yeni şöbələr yaradılıb və təyinatlar olub.

Elşən Yəhyayev Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyin olunub. Hazırda aktiv diaspora fəaliyyətiylə məşğuldur.
BDAT-da yeni təyinatlar


Digər təyinat isə təşkilatın Gürcüstan üzrə koordinatorluğuna olub. Aysel Məmmədova Gürcüstan üzrə koordinator vəzifəsini icra edəcək. Aysel Məmmədova 16 yaşında “Gürcüstan gözəli” seçilmiş universal istedada malik olan azərbaycanlı gənclərindəndir. O, Tiflisdə həm teatr aktrisası və müğənni, həm də teleaparıcı kimi fəaliyyət göstərir. 5 dil bilir.Beynəlxalq Qara Dəniz Universitetini “beynəlxalq əlaqələr” üzrə bitirib.
BDAT-da yeni təyinatlar



Bildirilib ki, hazırda BDAT-da strukturun formalaşması prosesi davam edir.

interposta.info kollektivi Elşən Yahyayev və Aysel Məmmədovanı yeni təyinata görə təbrik edir və işlərində uğurlar diləyir.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26