Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Gürcüstan üzrə koordinatoru seriala başa rola dəvət aldı

Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Gürcüstan üzrə koordinatoru, aktrisa, müğənni Aysel Məmmədova “Cinemax” şirkətiinin çəkdiyi “Özgə” adlı serialda baş rolda çəkilməyə dəvət alıb.
Filmin rejissoru Nicat Manafovdur. Serialın Bakıda böyük təqdimatı baş tutacaq. Aktrisa çəkilişlər üçün 20 günlük Bakıya yola düşəcək. Çəkilişlər Bakıda və Azərbaycanın rayonlarında olacaq.
Aktrisanın Moderator.az-a bildirdiyinə görə serialda Azərbaycanın bir sıra xalq artistləri və tanınmış aktrisaları rol alacaq.
Serialda bir ailə dramından bəhs edilir. Aysel Məmmədova baş rolda “Nigar” rolunu canlandıracaq.
Qeyd edək ki, Aysel Məmmədova 2009-cu ildə Tiflis gözəli seçilib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26