Interposta.Info

Bu gün “Eurovision” başlayır - Aysel 26-cı ola bilər -

Maqazin
 8-05-2018, 19:33     10 431

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda Avropanın ən böyük musiqi yarışması olan “Eurovision”ın ilk yarımfinalı baş tutacaq.

Musavat.com xəbər verir ki, 19 ölkənin təmsilçiləri müsabiqənin finalçısı adını qazanmaq uğrunda yarışacaq. Onlardan 10 nəfəri finalda yarışmaq hüququ əldə edəcək.

Yarımfinal şousu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Şou İctimai Televiziyanın efirində canlı yayımlanacaq.



Azərbaycan təmsilçisi Aysel Məmmədova birinci çıxış edəcək. O, məşhur yunan bəstəkar-prodüser Dimitris Kontopulos və isveçli bəstəkar Sandra Byurmanın müştərək əsəri olan “X my heart” adlı mahnını ifa edəcək.

Ötən gün isə yarımfinalda iştirak edəcək ölkələrin təmsilçilərinin çıxışları münsiflər tərəfindən müzakirə edilib. Münsiflərə görə, bu il Kipr təmsilçisi Eleni Foureira birinci olacaq. Azərbaycan təmsilçisinin 26-cı olacağı gözlənilir.

Qeyd edək ki, yarışmanın ikinci yarımfinal mayın 10-da, final isə mayın 12-də keçiriləcək. Katarina Furtado, Daniela Rua, Filomena Kautela və Silviya Alberto müsabiqəyə aparıcılıq edəcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26