Interposta.Info

Azərbaycan “Eurovision” müsabiqəsində

Maqazin
 13-05-2017, 16:23     562

Bukmekerlər bu gün Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək “Eurovision-2017” mahnı müsabiqəsinin final mərhələsində qələbəyə ən real namizəd olan ölkələrin adlarını açıqlayıblar.

Virtualaz.org xəbər verir ki, bukmekerlərin ehtimalına görə, liderlik Portuqaliya təmsilçisi Salvador Sobrala məxsusdur.

İkinci yerə italiyalı Françesko Qabbani, üçüncü yerə isə Bolqarıstan təmsilçisi Kristian Kostov namizəddir.

Belçika, İsveç, Xorvatiya, Böyük Britaniya, Rumıniya, Danimarka, Fransa təmsilçiləri də 26 ölkə arasında ilk onluqda yer alıblar.
Azərbaycan “Eurovision” müsabiqəsində


Bukmekerlərin ehtimalına görə, Azərbaycan namizəd ölkələr arasında 15-ci yerdədir. Qalib olma şansı ən aşağı olan ölkələr isə Kipr və İspaniyadır.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) "Skeletons" mahnısı ilə 12-ci nömrə altında çıxış edəcək. Ümumilikdə, bugünkü finalda 26 ölkənin təmsilçisi səhnəyə çıxacaq.

Final Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qalib tamaşaçıların və münsiflər heyətinin verdiyi xallar əsasında müəyyən ediləcək.

Qeyd edək ki, ötənilki müsabiqənin qalibi "1944" adlı mahnı ilə Ukrayna təmsilçisi Camala (Jamala) olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26