Interposta.Info

“Eurovision-2017”nin qalibi Portuqaliya oldu, Azərbaycan 14-cü sırada –

Maqazin
 14-05-2017, 18:49     724

Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Eurovision-2017” yarışmasının qalibi Portuqaliya təmsilçisi Salvador Subral oldu. O, yarışmada həzin ritmli “Amar Pelos Dois” mahnısını ifa edib.

Təmsilçi ümumilikdə 758 bal toplayıb, onun 382 balını münsiflərdən, 376 balını isə tele-səsvermədən qazanıb. Beləliklə gələn il 63-cü “Eurovision” yarışmasına ev sahibliyini Portuqaliya edəcək. 615 balla ikinci sırada Bolqarıstan, 374 balla Moldova üçüncü sırada yer alıb.


Azərbaycan isə yarışmada ümumilikdə 120 balla 14-cü sırada yer alıb. Ölkəmizə 12 səs İtaliya, Belarusiya, Portuqaliya ölkələrindən gəlib. Yunanıstan-10, Gürcüstan-10, Ukrayna -6, Bolqarıstan -5, Belçika-4, Albaniya-2, Kipr-1, Polşa-1 səs Azərbaycana verib.

Ermənistan isə 79 balla 18-ci sırada yer alıb.

Xatırladaq ki, bu il müsabiqədə rekord sayda - 42 ölkə iştirak edib. Belə ki, Portuqaliya və Rumıniya bir illik fasilədən sonra yenidən müsabiqəyə qayıdıb. Rusiya isə məlum qalmaqal səbəbi ilə bu il “Eurovision”dan kənarda qaldı. Halbuki ötən il yarışmada 3-cü sırada yer aldığından bu il yarışmanın finalına birbaşa vəsiqə alan ölkələrin sırasında idi.
****
“Eurovision-2017”nin final gecəsi həyəcanı davam edir.

Musavat.com xəbər verir ki, artıq 26 ölkə təmsilçisi öz çıxışını təqdim edərək qalibiyyət uğrunda mübarizə aparıb. Ölkə təmsilçiləri bu ardıcıllıqla iştirak edib:

1. İsrail,
2.Polşa,
3.Belarus,
4.Avstriya,
5.Ermənistan,
6.Hollandiya,
7.Moldova,
8.Macarıstan,
9.İtaliya,
10.Danimarka,
11.Portuqaliya,
12.Azərbaycan,
13.Xorvatiya,
14.Avstraliya,
15.Yunanıstan,
16.İspaniya,
17.Norveç,
18.Böyük Britaniya,
19.Kipr,
20.Rumıniya,
21.Almaniya,
22.Ukrayna,
23.Belçika,
24.İsveç,
25.Bolqarıstan,
26.Fransa

Beləliklə, çıxışlardan sonra səsvermə başlayıb.

Bukmerlərin fikrincə İsveç təmsilçisinin qalibiyyət şansı daha çoxdur. Favorit ölkələr sırasında Portuqaliya, Avstraliya, Azərbaycanın da adı çəkilir. Xatırladaq ki, iştirakçı ölkə tamaşaçıları öz təmsilçilərinə səs verə bilməzlər. 2016-cı ildən başlayaraq səsvermə qaydaları dəyişdirilib. Buna əsasən münsiflər və televiziya tamaşaçıları yarış iştirakçılarına ayrı-ayrılıqda səs verir, ballar ayrı-ayrı hesablanır.
****
Kiyevin Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin final şousu davam edir.

Azərbaycan təmsilçisi Diana Hacıyeva səhnəyə 12-ci çıxaraq Skeletons mahnısını səsləndirib.
****
Bu dəqiqələrdə Ukraynanın paytaxtı Kiyevdə “Eurovision – 2017” beynəlxalq mahnı yarışmasının final həyəcanı başlayıb. Qeyd edək ki, bundan əvvəl keçirilən iki yarımfinalın nəticələrinə uyğun olaraq finalda 26 ölkənin təmsilçisi yarışacaq. Bunlar Danimarka, Macarıstan, Belarusiya, Norveç, Azərbaycan, Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Ermənistan, Avstraliya, Kipr, Belçika, Ukrayna, Fransa, İtaliya, İspaniya, Almaniya və Böyük Britaniyadır. İlk olaraq səhnəyə israil təmsilçisi çıxıb. Azərbaycan səhnədə 12-ci sırada yarışacaq. Xatırladaq ki, ölkəmizi Diana Hacıyeva “Skeletona” mahnısı ilə təmsil edir. Mahnıda yaramaz oğlana qarşı hissləri olan güclü qadını əks olunur. Təmsilçimiz öz performansını səhnədə üzərində onun daxili dünyasını əks etdirən müxtəlif sözlərin yazıldığı instalyasiya fonunda təqdim edəcək. Təmsilçimiz favoritlərdən biridir.

Qeyd edək ki, finalda iştirakçı ölkələrin tamaşaçıları öz təmsilçiləri istisna olmaqla iştirakçılara səs verə bilər. Ötən ildən başlayaraq səslərin sayılması qaydaları dəyişdirilib. Belə ki, münsiflər və televiziya tamaşaçıları yarış iştirakmılarına ayrı-ayrılıqda səs verirlər. Nəticələr elan olunduqdan əvvəl münsiflərin balları təqdim olunacaq. Daha sonra isə tamaşaçıların səsvermə nəticələri elan olunacaq.

interposta.info
“Eurovision-2017”nin qalibi Portuqaliya oldu, Azərbaycan 14-cü sırada –
“Eurovision-2017”nin qalibi Portuqaliya oldu, Azərbaycan 14-cü sırada –
“Eurovision-2017”nin qalibi Portuqaliya oldu, Azərbaycan 14-cü sırada –
“Eurovision-2017”nin qalibi Portuqaliya oldu, Azərbaycan 14-cü sırada –
“Eurovision-2017”nin qalibi Portuqaliya oldu, Azərbaycan 14-cü sırada –
“Eurovision-2017”nin qalibi Portuqaliya oldu, Azərbaycan 14-cü sırada –
“Eurovision-2017”nin qalibi Portuqaliya oldu, Azərbaycan 14-cü sırada –
“Eurovision-2017”nin qalibi Portuqaliya oldu, Azərbaycan 14-cü sırada –

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26