Interposta.Info

“Tiflis gözəli” “Özgə” serialı üçün Azərbaycana gəldi -

Maqazin
 22-07-2017, 13:50     3 500


“Cinemax” şirkəti ailə dramından bəhs edən “Özgə” bədii serialını ekranlaşdırır. Filmin quruluşçu rejissoru Nicat Manafovdur. Serialda Azərbaycanın bir sıra xalq artistləri və tanınmış aktrisaları rol alacaq. Tanınmış model (Tiflis gözəli) və müğənni Aysel Məmmədova serialda baş rolda oynamaq üçün çəkiliş üçün bir müddətlik Gürcüstandan Azərbaycana gəlib.

interposta.info xəbər verir ki, Aysel Məmmədova baş rolda “Nigar” rolunu canlandıracaq.

Filmin süjet xəttində Keçmiş Bakının tanınmış zərgərlərindən olan Məşədi Kazımın Nəvəsi iş adamı, zərgər Şamilin həyat dıramı durur. Babadan qalma miras, daima cəmiyyətdə tanınan qohumları, Şamilin kiçik qardaşı Əjdərin ölümündən sonra birdən-birdən qorxuya düşürlər ki, Nəslin başçısı da ölsə miras kimə qalacaq. (?)
Şamil hamilə həyat yoldaşını Şüşanın işğalı zamanı itirmiş, bir daha ailə qurmayan bu yaşlı, kökünə, adətlərinə bağlı insan birdən-birə doğmalar içində yad birinə çevrilir, özgələşir. Amma özgə o-Şamil deyil. Əslində bu filmdə hər bir obraz özgədi. Hər kəs sərvət ardınca qaçır. Yalnız Nigar əmisinə bağlıdır, safdır. Hadisələr bu iki insanın – Şamil və Nigarın ətrafında cərəyan edir. Köklü ağacı yerindən qoparmağa çalışan özgələr çoxdur. Filmdə hadisələr kəskin və dinamik davam edir.
Serialda Aysel Mamedova, Samirə Cavanşir, İlqar Həsənov, Ziyad Qurbanov, Kamran Abadov, Əli Əliyev, Gülşən, ekstrasens Nadim, Gülxarə Ərəbxanova və başqaları rol alıblar.

interposta.info

“Tiflis gözəli” “Özgə” serialı üçün Azərbaycana gəldi -
“Tiflis gözəli” “Özgə” serialı üçün Azərbaycana gəldi -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26