Interposta.Info

 

Ölkə
 13-03-2017, 10:22     556

 

"interposta.info"-a məlumat verən fəallar bildirirlər ki, Bir qrup ictimai fəalların təşəbbüsü ilə uzun sürən müzakirələrdən sonra “Bütün Dünya Azərbaycanlıları Birləşin” devizi altında «Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı» (BDAT) Təşəbbüs Qrupu yaradıldı.
«Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı» (BDAT) Dünya Azərbaycanlılarının birləşməsi və demokratikləşməsi, eləcə də dünyada yaşayan Azərbaycanlıların azad və ədalətli cəmiyyətin inkişafı istiqamətində müxtəlif sahələrdə fəaliyyət göstərən, ictimai fəalların birləşdiyi platformadır. (BDAT) Təşəbbüs Qrupunun məqsədi dünyada yaşayan Azərbaycanlıları bir təşkilat altında birləşdirərək mühitə dialoq, barış və sağlam rəqabəti inkişaf etdirmək eləcə də, şəffaf, azad və ədalətli cəmiyyət quruculuğu üçün bütün təşəbbüslərin səfərbər edilməsini həyata keçirmək və onun səmərəli inkişaf yollarını araşdırmaqdır. (BDAT) Təşəbbüs Qrupu Dünya Azərbaycanlıları arasında həmrəylik, birlik və bərabərlik muhitində birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayaraq bir yumruq altında birləşməyi nəzərdə tutur. (BDAT) Təşəbbüs Qrupu dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan təşkilatlarının birgə əməkdaşlığı ilə qərarlaşdırılıb. Təşkilatın yaradılmasında məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların yaşadıqları ölkələrdə inteqrasiya prosesinə dəstək olmaq, dünya xalqları və toplumları ilə işbirliyi yaradaraq qarşılıqlı hörmət və dostluq səviyyəsində fəaliyyət göstərmək, eyni zamanda Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə və sivil dünya təşkilatlarına çatdırmaq üçün məqsədyönlü fəaliyyət göstərməkdir

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26