Interposta.Info

BDAT İzmirdə möhtəşəm Novruz tədbiri keçirdi - Fotolar

Ölkə
 21-03-2017, 15:11     903

Türkiyənin İzmir şəhərində Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı (BDAT) Təşəbbüs Qrupunun Türkiyə üzrə koordinatoru Gürsəl Özdəmirin rəhbərliyi altında Novruz Bayramına aid möhtəşəm tədbir həyata keçirilib.
interposta.info
xəbər verir ki, tədbirə Türkiyənin bir çox tanınmış simaları və rəsmiləri eləcə də İğdır Azərbaycanlıları Federasiyası başkanlığının dəvətiylə keçmiş millət vəkili və MHP-nin öncül liderlərindən biri Sinan Oğan da dəvətlilər sırasında idi. Novruzun gəlməsi, təbiətin oyanması, xalqımızın müxtəlif ənənələri və el adətləri haqqında tədbirdə maraqlı çıxışlar edilib və fikirlər söylənilib.
Qeyd edək ki, bütün türk dünyasının böyük həvəslə keçirdiyi Novruz bayramı bu dəfə İzmirdə çox böyük coşqu və xalqın geniş qatılımı ile qeyd olunub. Dəvətlilər şən Azərbaycan musiqilərinin sədaları altında rəngli yumurtaları döyüşdürərək novruz çərəzlərinin və şirniyyatlarından daddılar. Şənliyin sonunda, gələn qonaqlar üzərində BDAT-ın loqosu olan tabletlərlə təltif edilərək rəhbərlik tərəfindən təbrik edilib.

interposta.info
BDAT İzmirdə möhtəşəm Novruz tədbiri keçirdi - Fotolar
BDAT İzmirdə möhtəşəm Novruz tədbiri keçirdi - Fotolar
BDAT İzmirdə möhtəşəm Novruz tədbiri keçirdi - Fotolar
BDAT İzmirdə möhtəşəm Novruz tədbiri keçirdi - FotolarBDAT İzmirdə möhtəşəm Novruz tədbiri keçirdi - Fotolar
BDAT İzmirdə möhtəşəm Novruz tədbiri keçirdi - Fotolar

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26