Interposta.Info

BDAT İzmirdə tədbir keçirdi

Müxtəlif
 24-05-2017, 09:30     495

Dünən Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının (BDAT) Türkiyədəki xüsusi koordinatoru Gürsəl Özdəmirin rəhbərliyi və təşkilatçılığı altında tədbir həyata keçirilmişdir. Belə ki, bu tədbir silsilə olaraq hər il Türkiyənin İzmir şəhərində baş tutmaqdadır. Bu il də tədbir öz ənənəvi ardıcıllığını davam etdirmişdir.
interposta.info
xəbər verir ki, Gürsəl Özdəmir Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Türkiyədəki xüsusi koordinatoru olmaqla yanaşı həm də “İzmir İğdır Dərnəkləri Federasiyasının” rəhbəridir. Bu federasiyanın məqsədi İzmir və İğdır şəhərlərində yaşayan Azərbaycan əsilli türklərin həmrəyliyinə nail olmaq, və onları ümumilikdə federasiya tərkibində birləşdirmək, Azərbaycanın haqq səsini Türkiyənin rəsmi dairələrinə çatdırmaq və soydaşlarımız arasında iş adamlarının, mədəniyyət və ictimai sahələrdə çalışan insanların Azərbaycan naminə atdığı addımlarını bütün Türkiyədə işıqlandırmaqdır.

Qeyd edək ki, tədbir əsnasında Gürsəl Özdəmirin anası səhhətilə əlaqədar çox ciddi bir əməliyyat keçirmişdir. Lakin buna baxmayaraq o bütün səylərini və gücünü toplayaraq tədbirin həyata keçirilməsində əvəzsiz işlər görmüşdür.

Tədbirdə 3000-dən yuxarı Azərbaycan əsilli türk ailələri və bir qrup Türkiyə rəsmiləri iştirak etmişdir. Füsünkar təbiətli istirahət mərkəzində keçirilmiş bu tədbir federasiya tərəfindən əvvəlcədən kirayə edilmiş və soydaşlarımızın mənalı istirahətinə eləcədə Azərbaycan əsilli ailələrin bir-birilə sıx ünsiyyətdə olmasına səbəb olmuşdur.

Tədbirdə iştirak edən soydaşlarımız Azərbaycanın əsrarəngiz musiqi sədaları altında rəqs etmiş, şeir söyləmiş maraqlı və yadda qalan istirahət günü keçirmişdir. Belə tədbirlərin həyata keçirilməsi vacib və ən gözəl əməllərdən biridir. Çünki bu səpkidə olan tədbirlər həmyerlilərimizin fikir mübadiləsi aparmasında, ümumi rəyin formalaşmasında, hər hansı bir hadisəyə münasibət bildirilməsində və müzakirələrin aparılmasında səmərəli fayda verməkdə vasitəçi olur.

interposta.info
BDAT İzmirdə tədbir keçirdi
BDAT İzmirdə tədbir keçirdi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26