Interposta.Info

BDAT Kazanda müstəqilliyimizin 99 illiyini qeyd etdi

Müxtəlif
 31-05-2017, 12:56     577

Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Rusiya Federasiyası Tatarıstan nümayəndəliyi Azərbaycan Cümhuriyyətinin 99 illiyi münasibətilə tədbir təşkil edib. Tədbir Tatarıstan Respublikasının paytaxtı Kazanda da qeyd olunub.
interposta.info xəbər verir ki, “mayın 28-i Azərbaycan xalqının müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə yazılıb” Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Prezidenti Sərraf Kərimov belə deyib.

Daha sonra Sərraf Kərimov bildirib ki, Azərbaycan Cümhuriyyətinin 99 illiyinin Tatarıstanda da qeyd olunması böyük əhəmiyyət daşıyır.
Təşkilatın vitse-prezidenti Könül Məmmədzadə Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində ilk tolerantlıq və demokratiya nümunəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Təşkilat nümayəndələri çıxışlarında qeyd etdilər ki, cəmi 23 ay ömrü olan dövlət sovet hakimiyyətinin qurulmasıyla süquta uğrasa da 20-ci əsrin sonunda müstəqilliyini yenidən bərpa etdi. Suverenliyimizin əbədi dönməz xarakter alması möhkəmlənməsi isə dahi siyasi xadim Heydər Əliyevin adıyla bağlıdır.Bu ənənənin ulu öndərin layiqli varisi prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Tədbirdə iki ölkə arasında iqtisadi ticarət mədəni humanitar münasibətlərə dair perspektivli əməkdaşlıqdan da söz açıldı.
Yerli sakinlərin də həvəslə işitirak etdiyi bayram mərasimi maraqlı konsert proqramı ilə davam edib.
Sonda hər iki ölkənin rəqs qrupları öz məharətlərini göstəriblər.
Azərbaycan diasporu tərəfindən təşkil edilən tədbir yerli əhali tərəfindən maraqla qarşılanıb.

interposta.info
BDAT Kazanda müstəqilliyimizin 99 illiyini qeyd etdi
BDAT Kazanda müstəqilliyimizin 99 illiyini qeyd etdi
BDAT Kazanda müstəqilliyimizin 99 illiyini qeyd etdi
BDAT Kazanda müstəqilliyimizin 99 illiyini qeyd etdi
BDAT Kazanda müstəqilliyimizin 99 illiyini qeyd etdi
BDAT Kazanda müstəqilliyimizin 99 illiyini qeyd etdi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26