Interposta.Info

Dondurulmuş aktivlərin müsadirəsi ABŞ-Rusiya münasibətlərinin kəsilməsinə səbəb ola bilər

 

Ölkə
 22-12-2023, 15:32     38 491

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ABŞ-la münasibətlərin kəsilməsinin tətikçisi Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi və hərbi eskalasiyanın daha da artması ola bilər. O, bu cür proqnozları neqativ adlandırıb, lakin Rusiyanın "ABŞ-la diplomatik münasibətlərindən iki əlli yapışmadığını” vurğulayıb.

"İnterPosta" xəbər verir ki, o, bu barədə "İnterfaks”a müsahibəsində bildirib.

"Diplomatik münasibətlər, əlbəttə ki, ibadət edilməli olan hansısa totem deyil, hamının qoruduğu müqəddəs bir inək deyil. Amma biz onları məhv etmək, parçalamaq üçün təşəbbüs göstərməyəcəyik. Bu cür hərəkət etmək, o cümlədən Rusiya və ABŞ-ın beynəlxalq təhlükəsizliyin və strateji sabitliyin qorunmasında mərkəzi rola malik olması anlayışımıza əsaslanaraq, bizim qaydalarımıza uyğun deyil”, deyə nazir müavini bildirib.

Ryabkov hakimiyyətin istənilən ssenariyə hazır olduğunu vurğulayıb: "Birləşmiş Ştatlar, əgər belə bir şey varsa, Rusiyanın, necə deyərlər, bu dövlətlə diplomatik əlaqələrindən iki əlli yapışması illüziyasına qapılmamalıdır".

Sergey Ryabkov əlavə edib ki, 2026-cı ilin fevralından Rusiya ilə ABŞ arasında START III müqaviləsinin müddəti başa çatdıqdan sonra silahlara nəzarət sahəsində vakkum yaranacaq. O, sənədin dayandırılmasının səbəbini "ABŞ-ın bütün istiqamətlərdə Rusiyanın təhlükəsizliyinə zərbə vurmaq kursu” adlandırıb. Xarici İşlər Nazirliyinin nümayənfəsi bildirib ki, Yeni START-ı əvəz edəcək yeni sənədlər olmayacaq.

Noyabrın 9-da RTVI telekanalına müsahibəsində Sergey Ryabkov bildirib ki, Rusiya ABŞ-la diplomatik münasibətlərin tamamilə kəsilməsini istəmir. Sonra o əlavə edib ki, Moskva istənilən təxribat və çağırışlara cavab verəcək.

"The New York Times” yazıb ki, ABŞ prezidenti Co Baydenin administrasiyası müttəfiqləri ilə Ukraynaya yardım məqsədilə dondurulmuş Rusiya aktivlərinin bölüşdürülməsi ilə bağlı təcili danışıqlara başlayıb. Nəşrin mənbələri hesab edir ki, ABŞ 2024-cü il fevralın 24-dək aktivlərin bölüşdürülməsi strategiyasını hazırlamaq niyyətindədir. Ağ Evin sözçüsü Con Kirbi dünən bildirib ki, Kiyevə yardım üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etmək barədə danışmağı tez hesab edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26