Bir dövrün sonu: "İçki içməyən" nəsil içməyə başladı (ARAŞDIRMA)

Bir müddət əvvəl "Z nəsli”nin (təxminən 1990-cı illərin ortalarından 2010-cu illərin əvvəllərinə qədər doğulanlar) sağlam həyat tərzinə üstünlük verən, alkoqoldan və narkotiklərdən uzaq duran ilk nəslə çevriləcəyi düşünülürdü. Lakin son araşdırmalar bu ümidlərin tədricən puç olduğunu göstərir.
"İnterPosta"xəbər verir ki, "Newsweek” nəşrinin məlumatına görə, "Z nəsli” alkoqol istifadəsi baxımından daha yaşlı nəsillərə yaxınlaşır. "Bevtrac" şirkətinin 15 ölkədə (Avstraliya, Braziliya, Kanada, Çin, Almaniya, Fransa, Hindistan, İtaliya, Yaponiya, Meksika, İspaniya, Cənubi Afrika, Tayvan, Böyük Britaniya və ABŞ) apardığı sorğuya əsasən, yetkinlik yaşına çatmış "zumerlər” son zamanlar daha çox alkoqol istehlak etməyə başlayıblar.
Əgər 2023-cü ilin mart ayında respondentlərin 66%-i son altı ayda alkoqol qəbul etdiyini bildirirdisə, 2024-cü ilin martına bu göstərici artıq 73%-ə yüksəlib. Xüsusilə ABŞ-da bu artım diqqətçəkicidir – 46%-dən 70%-ə qədər.
Sorğu həmçinin göstərib ki, "Z nəsli" nümayəndələri daha çox sərt içkilərə üstünlük verir və istifadə etdikləri alkoqollu içkilərin çeşidini genişləndirir.
Bu nəsil alkoqolu əsasən barlarda istehlak edir. Sorğuda iştirak edən "Z nəsli” nümayəndələrinin yarıya yaxını son dəfə içki qəbul etdikləri məkanın bar olduğunu bildirib. Yaşlı nəsildə isə bu göstərici təxminən üçdə bir səviyyəsindədir.
İstehlakçı davranışları üzrə ekspert Riçard Halsted "Newsweek"ə açıqlamasında bildirib ki, gənc nəslin alkoqol ilə münasibəti daha çox maliyyə vəziyyəti ilə bağlıdır:
"Bəzi hallarda təmkinli davranış həyat tərzi seçimindən qaynaqlanır, amma əsas amillərdən biri iqtisadi dövriyyə ilə bağlıdır. 25 yaşa yaxınlaşan Z nəsli üzvlərinin gəliri artır və onların əvvəlki illərlə müqayisədə alkoqol almaq imkanı genişlənir".\qaynarinfo
O, eyni zamanda qeyd edib ki, müxtəlif yaş qruplarındakı yetkinlər alkoqolu daha az içməyə və içdikləri zaman daha maraqlı təcrübələr axtarmağa üstünlük verirlər. Bu da alkoqol bazarında innovasiyaların əhəmiyyətini artırır və içki sənayesini modaya bənzər şəkildə dəyişkən trendlərə açıq edir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26