Interposta.Info

Dünyanın sonu gəlirmi? - Qrenlandiya da əriməyə başladı (FOTO)

Dünya
 3-08-2019, 14:37     10 359

Bütün dünyaya təsir edən yüksək temperatur artıq Qrenlandiyanı belə əritməyə başlayıb.
Musavat.com xairici mətbuata istinadən xəbər verir ki, irihəcmli buzlarla örtülü olan Qrenlandiyada 197 milyard ton buz əriyib.

Danimarka krallığı tərkibinə daxil olan, Atlantik və Şimal Buzlu okeanları arasında yerləşən Qrenlandiyanın səthinin 82 faizi buzlarla bağlıdır.

Danimarkanın qütb araşdırmaları mərkəzinin əməkdaşı Rut Mottramın verdiyi açıqlamaya görə, Qrenlandiyada iyul ayının 31-dən bu yana 10 milyard ton buz əriyib. 4-5 gün içərisində bu qədər buzun əriməsi dünya alimlərini də qorxuya salıb. Ümumilikdə iyul ayında 197 milyard ton buz əriyib. Qütb araşdırmalar mərkəzindən bildirilib ki, bu qədər əriyən buz ilə 80 milyon hovuz doldurmaq mümkündür.

Mərkəzdən onu da bildiriblər ki, son dörd ayda buzların əriməsi daha da sürətlənib.

İnterPosta.info

Dünyanın sonu gəlirmi? - Qrenlandiya da əriməyə başladı (FOTO)
Dünyanın sonu gəlirmi? - Qrenlandiya da əriməyə başladı (FOTO)
Dünyanın sonu gəlirmi? - Qrenlandiya da əriməyə başladı (FOTO)
Dünyanın sonu gəlirmi? - Qrenlandiya da əriməyə başladı (FOTO)
Dünyanın sonu gəlirmi? - Qrenlandiya da əriməyə başladı (FOTO)
Dünyanın sonu gəlirmi? - Qrenlandiya da əriməyə başladı (FOTO)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26