Interposta.Info

Dünya alimləri son 2 min ilin ən böyük buz ərimələrinin qeydə alındığını açıqladılar

Dünya
 26-07-2019, 15:35     10 373

Müasir dövrdə dünya iqlim sistemi özünün ən böyük sarsıntılarını yaşayır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Yer kürəsində iqlim dəyişikliyinin qədim zamanlardan bu yana dəyişməsini araşdıran Bern universitetinin alimləri ki, hazırkı qlobal istiləşmənin səviyyəsinin bütün dövrləri keçdiyi qənaətinə gəliblər. Son iki min ildə onun inkişaf tempi ən yüksək həddə gəlib çatıb.

“Nature Geoscience” jurnalında dərc olunan yeni tədqiqatda planetimizdə əəvvəllər də “kiçik buz dövrü” və “orta əsr istililəşmə dövrü” kimi iqlim sarsıntılarının olduğu qeyd edilib. Lakin öz miqyasına görə onlar hazırkı dəyişikliklərdən xeyli geri qalırlar.

Miqyasdan əlavə, hava temperaturunun rekord həddə yüksəlməsi diqqət çəkir. Belə ki, əvvəllər hərarətin artması Yer kürəsinin sadəcə 40%-ni əhatə edirdisə, indi bu göstərici 98%-ə gəlib çatıb. Qlobal istiləçmə sadəcə Qərbi Antarktidanın müəyyən sahələrində müşahidə olunmur.

İqlim ekspertləri ən çox Qrenlandiyanın buz kütlələrinin əriməsi ilə əlaqədar həyəcan təbili çalırlar. Danimarka, Hollandiya, ABŞ və Fransa ekspertlərindən ibarət qrupun araşdırmasına əsasən, Qrenlandiya adasında buzların əriməsi 1980-ci illərdən bu yana 6 dəfə artıb. Hazırda ada səthindəki buz kütləsi itkisi 50 milyard tondan 286 milyard tona qədər yüksəlib.

Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında əks etdirilib.

Məqalədə Qrenlandiyanın buz səthinin 1970-ci illərə qədər ildə 47 milyard ton artdığı, lakin 1980-ci illərdə onun azalmağa başladığı qeyd edilib. Əgər 1972-1980-ci illərdə adadakı buz itkisi ildə 47 milyard ton təşkil edirdisə, XXI əsrin ilk on illiyində bu göstərici artıq 187 milyard ton olub. Daha sonra ərimə ilə bağlı rəqəmlər yuxarıda göstərilən səviyyələrdə, hətta 266-306 milyard civarlarında müşahidə edilməyə başlanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26