Interposta.Info

Qrenlandiyada təhlükəli "Qara Zona" aşkarlanıb

Dünya
 11-04-2018, 12:13     10 512

Qrenlandiyada təhlükəli "Qara Zona" meydana gəlib.

Qaynarinfo Science Alert-ə istinadən xəbər verir ki, "drone"la çəkilən görüntülərdə ərazidə buz normadan sürətlə əriyir. "Qara Zona"nın uzunluğu 400 km, eni isə 100 km-dir.

2014-cü ildə ərimənin belə sürətlə getməsinə səbəb buzun üzərindəki minerallar və mikrobik qalıqlar göstərilmişdi. Buzun üzərində yerləşən toz, qara karbon tünd rəngli yosunun yaranması üçün şərait yaradır və bu, daha çox Günəş istiliyinin udulmasına, ərimənin sürətlənməsinə təsir göstərir.

Buz sahəsinin belə sürətlə əriməsi dəniz səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq. Hər il dəniz səviyyəsi 3 mm artır, lakin bu ölçü hər 12 aydan bir dəyişir və 0,08 mm artım müşahidə edilir. Qrenlandiyadakı ərimənin bu prosesə kəskin gətir edəcəyi gözlənilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26