Interposta.Info

Alimlərdən dünyanı gözləyən təbii fəlakətlə bağlı həyəcan təbili

Dünya
 27-05-2021, 23:51     652

Amerikalı alimlər Antarktidada buzlaqların əriməsi ilə bağlı həyəcan təbili çalıb.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, alimlər Nyu-York və Şanxay kimi sahil şəhərlərinin su altında qalacağı ilə bağlı xəbərdarlıq ediblər.

Mütəxəssislər Antarktidada qlobal istiləşmə nəticəsində Dünya Okeanının səviyyəsini 60 metr artıracaq qədər buzun olduğunu söyləyirlər.

"Biz artıq bu problemin ilk əlamətlərini görürük", - deyə məlumatda bildirilir.

Sonuncu tədqiqatlara əsasən, buzların əriməsi son bir neçə on ildə nəzarətdən çıxa bilər. Mütəxəssislərin fikrincə, istixana qazlarının azaldılması və texnoloji inkişaf belə bu fəlakətin qarşısını ala bilməyəcək.

Onların sözlərinə görə, istixana qazı tullantıları hazırkı sürətində olsa belə, Antarktika buz təbəqəsi kritik ərimə həddini təxminən 2060-cı ilə qədər keçəcək. Yerin karbon qazlarından təmizlənməsi belə bu prosesi dayandırmayacaq və 2100-cü ildə okeanın səviyyəsi bugünkü günlə müqayisədə 10 dəfə sürətlə qalxacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26