Interposta.Info

“ABŞ və NATO bizə qarşı çox sərt hərbi tədbirlər görəcək...”

Dünya
 7-02-2019, 15:46     10 396

ABŞ və NATO Rusiyaya qarşı hərbi baxımdan çəkindirici xarakterli çox sərt tədbirlər görəcək. Belə bəyanatla Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov keçirdiyi mətbuat konfransında çıxış edib.

Onun sözlərinə görə, Moskva bu tədbirlərə qarşı ancaq cavab rejimində reaksiya verəcək. Və təşəbbüskar tərəf olmayacaq. “Hazırda baş verənlərlə bağlı Rusiyaya necə güclü təsir etmək haqda düşünən həmkarlarımız da bunu başa düşməlidir”-diplomat deyib.

Ryabkov əlavə edib ki, Vaşinqtonun yaratdığı yeni təhdidlər qarşısında Rusiya öz təhlükəsizliyini təmin edəcək. Amma Moskva dialoqa da hazırdır. Əgər Vaşinqton Orta və Yaxın Mənzilli Rakterlərə dair müqaviləyə geri dönərsə.

“Biz imkan verməyəcəyik ki, Rusiyanı silahlanma yarışına çəksinlər. Lakin amerikanlar görünür hesab edirlər ki, bu onlarda alınacaq”-diplomat əlavə edib./virtualaz.org

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26