Interposta.Info

"Sabah" ikinci yoxlama matçında da heç-heçə etdi

İdman
 Dünən, 22:07     2 534

Avstriyada təlim-məşq toplanışında olan "Sabah" futbol komandası bu gün növbəti yoxlama oyununu keçirib.

"İnterPosta" xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv Macarıstan təmsilçisi "Pakş”la üz-üzə gəlib.

Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.

"Sabah" ilk yoxlama matçında Rumıniyanın "Rapid" komandası ilə heç-heçə edib - 2:2.

Qeyd edək ki, Bakı klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniya təmsilçisi "Sele" ilə üz-üzə gələcək. İlk oyun iyulun 10-da evdə, cavab matçı 17-də səfərdə baş tutacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26