Interposta.Info

Almaniya Rusiyanın 5,32 milyard avro dəyərində aktivlərini dondurdu\

Dünya
 18-02-2023, 15:12     227

Rusiyanın Ukraynada işğalçı müharibəsinin başlamasından bir ildən az vaxt keçdikdən sonra Almaniyada ümumi dəyəri 5,32 milyard avro olan aktivlərə sanksiya tətbiq edilib.

"İnterPosta" xəbər verir ki, bu haqda "Avropa həqiqəti" Federal Maliyyə Nazirliyinin cavabına əsasən məlumat yayıb.

Bu məbləğ Rusiya Mərkəzi Bankının, habelə Aİ-nin sanksiyalar siyahısında olan fiziki və hüquqi şəxslərin daxil olduğu rusiyalı "hüquqi şəxslərin” aktivlərindən ibarətdir. Nazirlik Rusiya oliqarxlarının Almaniyadakı dondurulmuş aktivlərinin hansı həcmdə olmasıyla bağlı Welt-in sorğusuna cavab vermək istəməyib.

Mərkəzi Sanksiyaların İcrası Orqanı (ZfS) hazırda inkişaf mərhələsindədir. İndi orada 36 əməkdaş çalışır, "yeni işə götürülmələr daim irəliləyir”, - deyə Maliyyə Nazirliyindən bildirilib. "Aktivlərin müəyyənləşdirilməsi kimi prioritet sahələr” üçün strukturlar "inkişaf mərhələsindədir”.

Əslində, Sanksiyalar Aktı II-yə əsasən, ZfS həmçinin agentliyin saytında dərc olunan dondurulmuş aktivlərin reyestrini aparmalıdır. Lakin bu, hələ baş verməyib.
Maliyyə Nazirliyindən bildiriblər ki, "Qeydlər yalnız istintaqın təhlükəsiz statusu olduqda edilə bilər”. "Aktivlərin reyestrinin texniki tətbiqinə başlanılıb", - məlumatda deyilir.

Xatırladaq ki, Aİ ölkələrinin daimi nümayəndələri çərşənbə günü Rusiyanın blokadaya alınmış aktivlərindən Ukraynanın müharibədən sonra bərpası lehinə istifadə etmək üçün işləyəcək xüsusi işçi qrupunun yaradılmasını təsdiqləyiblər.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26