Interposta.Info

İtaliya rusların tam 1,7 milyard avroluq aktivini dondurdu

Dünya
 22-06-2022, 19:36     239


Ukraynaya təcavüzkar müharibəni başladan Rusiya Federasiyasına qarşı Qərb sanksiyalarının tətbiqindən sonra İtaliyanın Maliyyə qvardiyası rusların ümumilikdə 1,7 milyard avro dəyərində əmlakını dondurub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı Maliyyə qvardiyasının 1774-cü ildə qurulmasının ildönümü ilə bağlı yayılan rəsmi bəyanatda məlumat yayılıb.

“Fevralın 23-dən Rusiya-Ukrayna böhranı və onun ardınca baş verən hərbi eskalasiya ilə əlaqədar olaraq Maliyyə Qvardiyası Avropa İttifaqının tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər siyahısında sadalanan fiziki və hüquqi şəxslərə qarşı məqsədyönlü iqtisadi və əmlak yoxlamalarına başlayıb”, - deyə Mlaiyyə qvardiyasının məlumatında bildirilib.

Xəbərdə “bu cür yoxlamaların Ukraynanın ərazi bütövlüyü və suverenliyinin pozulmasına və ya təhdid edilməsinə “töhfə vermiş” 1,1 mindən çox subyektə təsir etdiyi” vurğulanıb.

“Mayın 31-nə olan məlumata görə, binalar, nəqliyyat vasitələri, gəmilər, torpaq və şirkət payları da daxil olmaqla 14 quruma qarşı ümumi dəyəri 1,7 milyard avrodan çox olan aktivlərin dondurulması tədbirləri həyata keçirilib”,-deyə bəyanatda bildirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26