Interposta.Info

İsveçrə bankı rusiyalıların 5 milyard dollarını dondurdu!

Dünya
 23-08-2018, 20:33     10 373

İsveçrənin nəhəng «Credit Suisse» bankı Rusiya ilə əlaqəli hesablarda 5 milyard İsveçrə frankını (5 milyard dollara yaxın) dondurub

Bununla da İsveçrə hakimiyyəti Amerika Birləşmiş Ştatlarının (ABŞ) sanksiya rejiminin tələblərini yerinə yetirmiş olub.

«Röyter» agentliyinin məlumatına görə, dondurulmuş hesabların sahiblərinin şəxsiyyəti açıqlanmır.

İsveçrənin daha iki bankı – «UBS» və «JuliusBaer» də qeyd edib ki, Vaşinqtonun tətbiq etdiyi yeni anti-Pusiya sanksiyalarına əməl etmək niyyətindədir. Ancaq onlar rusiyalı müştərilərin hesablarının dondurulması barədə söhbət açmayıblar.

Bu ilin aprelində də «Renova» şirkətinin İsveçrə şöbəsinin hesaları bloklanıb. Bu şirkət Viktor Vekselberqin nəzarəti altındadır. Bundan başqa, İsveçrə bankları sözügedən oliqarxın şəxsi hesablarında 1 milyard frankı da dondurub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26