ABŞ Qazaxıstanın 22 milyard dollarını dondurdu
Amerikanın Mellon Nyu York Bankı Qazaxıstan Milli Fondunun 22 milyard dollarlıq hesabını dondurub.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb.
Hesabın dondurulmasına moldovalı biznesmen Anatoli Statinin Qazaxıstan hökumətinə qarşı qaldırdığı iddia səbəb olub.
Astananın hesabının dondurulmasından sonra Qazaxıstan Mərkəzi Bankı Mellon Nyu York Bankını məhkəməyə verib. Məhkəmənin Londonda keçiriləcəyi gözlənilir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26