Interposta.Info

İsveçrə bankının adı 2 milyard dollarlıq fırıldaqda hallandı

Dünya
 4-01-2019, 21:13     10 471

İstintaqı Nyu-York məhkəməsi aparır

İsveçrənin “Credit Suisse” bankının 3 keçmiş işçisi həbs olunub. Onları 2 milyard dollarla bağlı fırıldaqda şübhəli bilinir. BBC yazır ki, bu məlumatı Amerikanın rəsmi şəxsləri verib.

Həbs olunan şəxslər girov müqabilində Londonda azad olunub, hazırda rəsmi Vaşinqton həmin şəxslərin Amerikaya ekstradisiya olunmasına çalışır.

Fırıldaq bank əməliyyatlarının Mozambikin dövlət şirkətləri ilə birgə həyata keçirildiyi ehtimal edilir. Bu məsələ ilə bağlı daha iki nəfər, o cümlədən Mozambikin keçmiş maliyyə naziri həbs olunub. Həbslər ABŞ-ın rüşvətxorluğa qarşı qüvvədə olan qanunlarının pozulmasına əsasən həyata keçirilib. Cinayət əməlinin əsasən 2013-2016-cı illər arasında baş verdiyi söylənilir.

Fırıldaqla üzləşənlər arasında Amerika əsilli sərmayə yatırmış iş adamları da var. İşin istintaqı Nyu-York məhkəməsi tərəfindən həyata keçirilir. Bank əməliyyatları daha çox maaşlarla bağlıdır.

Bu arada isə “Credit Suisse” bəyan edib ki, bank bu işdən kənardadır və bankla bağlı istintaq aparılmır: “Bankimizin keçmiş işçiləri öz təşəbbüsləri ilə, bank rəhbərliyindən gizli şəkildə, şəxsi maraqları naminə belə iş görüb”.
Yazının mənbəsi bu linkə: https://www.bbc.com/news/business-46755159

Musavat.com:
P.S “Credit Suisse” İsveçrənin ən nüfuzlu banklarından biridir. Və bu hadisə bütövlükdə İsveçrə bank sisteminin nüfuzuna ciddi zərbədir. Bir faktı deyim. İllər öncə, İsveçrənin UBC bankı ABŞ-da keçirdiyi ipoteka kreditlərindən dolayı faktiki iflasa uğramışdı. İsveçrə dövləti UBC-i xilas etmək üçün ehtiyat fondlardan 50 milyard dollardan artıq vəsait ayırdı. Və banka bu qədər önəm verən ölkənin bankı ilə bağlı belə bir olayın baş verməsi beynəlxalq səviyyəli skandaldır. Bu olay hələ uzun müddət gündəmdə olacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26