Interposta.Info

Ermənistanın keçmiş baş məhkəmə icraçısı Rusiyada həbs olunub

Ölkə
 24-04-2019, 09:04     10 342

Rusiya məhkəməsi Ermənistanın sabiq baş məhkəmə icraçısı Miqran Poqosyanı öz ölkəsinə ekstradisiya etmək məsələsini nəzərdən keçirmək üçün 40 gün müddətinə həbs edib.

Bu barədə Ermənistan Baş Prokurorluğunun İctimaiyyətlə ələqalər şöbəsinin rəhbəri Arevik Xaçatryana istinadən RİA "Novosti" məlumat yayıb.

O əlavə edib ki, Ermənistan Baş Prokurorluğu ekstradisiya üçün lazım olan bütün sənədləri Rusiya tərəfinə təhvil verib.

Poqosyan daha əvvəl Ermənistanda xidməti vəzifəsindən sui-istifadə edərək israfçılıq yolu ilə dövlət əmlakının xüsusi böyük həcmdə mənimsənilməsində ittiham olunaraq axtarışa verilib./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26