Interposta.Info

Azərbaycanda həbs edilən PKK üzvünün Türkiyəyə ekstradisiyasına qərar verilib

Ölkə
 7-03-2019, 14:28     10 364

Azərbaycanda həbs edilən PKK üzvünün Türkiyəyə ekstradisiyasına qərar verilib
Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı, 1990-cı il təvəllüdlü Duman Özgür Seyfəttin oğlunun ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqdimat təmin edilib. D. Özügürün ölkəsinə ekstradisiya edilməsi ilə bağlı qərar elan edilib.

Məlumata görə, Duman Özgür Türkiyədə təhlükəli, partlayıcı maddələr satmaqda ittiham edilib. Axtarışda olan Duman Özgür Türkiyədən Gürcüstana qaçıb. Bir müddət də orada qaldıqdan sonra Azərbaycana gəlib. Bundan sonra Türkiyə Duman Özgürü beynəlxalq axtarışa verib. Azərbaycana gələn Duman Özgür Dövlət Miqrassiya Xidmətinə (DMX) müraciət edərək özünü Suriya vətəndaşı kimi təqdim edib. Sənədlərini itirdiyini deyən Duman Özgür Türkiyəyə göndərilməsini istəyib. Lakin araşdırmalar zamanı onun yalan danışdığı üzə çıxıb və o, həbs edilib. Məlumata görə, Duman Özgür PKK terror təşkilatının üzvü olub. Türkiyədə bir neçə terror hadisələrində iştirak edib./ona

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26