Interposta.Info

Şamaxıda qatı duman zamanı iki maşın toqquşub, bir qadın yaralanıb

Ölkə
 24-12-2017, 19:51     10 448

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 105 km-də 1 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, Balakən rayon sakininin idarə ediyi "62-BK-829" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobil qarşı tərəfdən gələn Qobustan rayon sakininin sükanı arxasında olduğu "90-HD-208" dövlət qeydiyyat nişanlı "VAZ-21010" markalı maşınla toqquşub.

Qəza zamanı ikinci avtomobildə olan sərnişin, 1962-ci il təvəllüdlü Zaqatala rayon Yuxarı Çardağlar kənd sakini Gülayeva Laləndə Davud qızı yaralanıb. O, "təcili yardım" avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralı kəllə-beyin travması ilə Cərrahiyyə şöbəsinə daxil olub, vəziyyəti orta-ağırdır.

İlkin məlumatlara görə, qəzaya qatı duman səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26