Interposta.Info

Ermənistanın keçmiş baş məhkəmə icraçısı Rusiyadan siyasi sığınacaq istəyib

Ölkə
 25-04-2019, 08:35     10 362

Ermənistanın sabiq baş məhkəmə icraçısı Miqran Poqosyan Rusiyadan siyasi sığınacaq istəyib.

Bu barədə "Runa" portalına Poqosyanın vəkili, Kareliyanın Vəkillər Palatasının prezidenti Mixail Yamçitski bildirib.

O, qeyd edib ki, Poqosyanın bu ölkədən siyasi sığınacaq istəməyə əsası var. Rusiya məhkəməsi Ermənistanın sabiq baş məhkəmə icraçısını ölkəsinə ekstradisiya etmək məsələsini nəzərdən keçirmək üçün Kareliya ərazisində 40 gün müddətinə həbs edib.

"Xahiş (siyasi sığınacağın verilməsi haqqında - red) artıq rəsmən verilib, lazımi qaydada rəsmiləşdirilib. Bununla bağlı qərarı Rusiya Federasiyası Prezidenti yanında Komissiya qəbul edir. Mənim fikrimcə, bunun üçün əsaslar var. Miqran Poqosyanı vətənində siyasi motivlər üzrə təqib edirlər", - o qeyd edib.

Mixail Yamçitskinin sözlərinə görə, onun müdafiə etdiyi şəxsin ekstradisiyası ilə bağlı məsələ Rusiya Baş Prokurorluğunda həll ediləcək. Əgər Ermənistanın sorğusu təmin edilsə, Miqran Poqosyanın bundan şikayət etmək hüququ var.

"Ekstradisiya haqqında qərar ümumi qayda üzrə Rusiya Federasiyasının baş prokuroru və ya baş prokurorun müavini tərəfindən qəbul edilir. Yəni bu Moskvadır, Kareliya deyil. Qərardan son nəticədə məhkəmə qaydası ilə şikayət edilə ola bilər", - Yamçitski əlavə edib.

Poqosyan daha əvvəl Ermənistanda xidməti vəzifəsindən sui-istifadə edərək israfçılıq yolu ilə dövlət əmlakının xüsusi böyük həcmdə mənimsənilməsində ittiham olunaraq axtarışa verilib./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26