Interposta.Info

Son 6 ayda 5 min türkiyəli Almaniyadan sığınacaq istəyib

Dünya
 5-07-2019, 22:47     10 335

Ötən ay Almaniyadan sığınacaq istəyən əcnəbilərin sayı bilib. AzEuroNews.com xəbər verir ki, Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) yaydığı məlumatda deyilir ki, iyun ayında federal idarəyə 9691 nəfər sığınacaq üçün müraciət edib. Bu rəqəm müraciətlərin sayında keçən ilin eyni ayı ilə müqayisədə 26,9 %, bu ilin may ayı ilə müqayisədə isə, 24,8 % azalma deməkdir.

BAMF-ın məlumatında vurğulanır ki, bu il ilk dəfə sığınacaq üçün müraciət edənlərin arasında Türkiyə vətəndaşları çoxluq təşkil edərək federal idarənin siyahısında üçüncü sırada qərarlaşıb.

Belə ki, keçən ay 751 Türkiyə vətəndaşı Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyib.

Federal İdarənin məlumatına görə, 2019-cu ilin əvvəlindən indiyə kimi 5 min Türkiyə vətəndaşı Almaniyaya sığınacaq üçün ərizə verib.

Almaniyada qaçqınlarla bağlı fəaliyyət göstərən QHT-lərin hesabatına görə, Almaniya sığınacaq üçün müraciət edən Türkiyə vətəndaşlarının 70-80 %-nə yaşamaq icazəsi verir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26