Interposta.Info

Rusiyanın baş bankirindən ölkə iqtisadiyyatının durumu ilə bağlı şok açıqlama: "Sanksiyalar..."

Dünya
 19-04-2022, 08:56     260

Rusiyanın maliyyə sisteminin və ümumiyyətlə, iqtisadiyyatının hansı vəziyyətdə olduğu hazırda həm müzakirə, həm də mübahisə mövzusudur. Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bu məsələ ilə bağlı açıqlama verib.

Rusiyanın baş bankiri Elvira Nabiullina açıqlamasında əsasən ölkə iqtisadiyyatının beynəlxalq sanksiyalara tab gətirdiyini vurğulayıb, Rusiya iqtisadiyyatının "möhkəm təməllər üzərində dayandığını" deyib.

Ancaq Elvira Nabiullina açıqlamasında çox ehtiyatla real vəziyyəti əks etdirən çümlələr də dilə gətirib: "Rusiya iqtisadiyyatı hazırda sanksiyalar ucbatından qeyri-adi struktur dəyişiklikləri mərhələsinə qədəm qoyur. Çünki sanksiyalar artıq maliyyə sektorunda öz təsirini göstərir. İndi bundan sonra sanksiyalar real sektora da təsir göstərməyə başlayacaq".

Beləliklə, Elvira Nabiullinanın bu açıqlaması sayəsində Rusiya iqtisadiyyatının üzləşdiyi durumu təxminən etmək mümkündür. Onun çox ehtiyatla işlətdiyi bu bir neçə cümlə Rusiyanın bəzi propoqandist çevrələrində kəskin reaksiya doğurub. Rusiyanın baş bankiri Elvira Nabiullinanı ictimai çaşqınlıq yaratmaqda ittiham edənlər də kifayət qədərdir./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26