Interposta.Info

ABŞ yeni sanksiyalar tətbiq edərsə, Rusiya istiqrazlarını geri ala bilər

Dünya
 16-12-2017, 20:24     10 458

Rusiya Bankı (Mərkəzi Bank) ABŞ sanksiyaları da daxil olmaqla xarici şoklara qarşı müdaxiləyə hazırlaşır. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bunu Rusiya Bankının rəhbəri Elvira Nabiullina bəyan edib.

E.Nabiullina bildirib ki, "xarici bazarlarda volatillik yarana bilər. Lakin bu, qısamüddətli olacaq. Mərkəzi Bankın əlində hər cür müdaxilə alətləri mövcuddur".

Qeyd edək ki, avqust ayında ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə qanun imzalayıb. Sanskiyaların Rusiyanın borcuna tətbiq edilməsi nəzərdə tutulur. Fevralda ABŞ Konqresi bu addımı müzakirə etmək üçün toplanacaq. E.Nabiullina qeyd edib ki, "əgər belə bir qərar verilərsə, Rusiya Bankı suveren borcunu geri ala bilər. Bu, məqsədəuyğun sayılmasa da, mümkün variantdır".

Xatırladaq ki, hazırda Rusiya daxili dövlət borcunun 33%-i və ya 37 mlrd. dollarlıq hissəsi xarici investorların

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26