Interposta.Info

Tramp Ronald Reyqanın yolu ilə gedir? -

Müxtəlif
 17-01-2017, 17:04     650

Tramp Ronald Reyqanın yolu ilə gedir? -
Elxan Şahinoğlu: “Donald Trampın Rusiyaya qarşı sanksiyaları ləğv etmək üçüh bu ölkənin nüvə silahının ixtisar olunması şərti çox ciddi şərtidir”

“Əgər ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltsa, onda Avropa da Rusiyaya qarşı verdiyi qərarlara baxmalı olacaq”

interposta.info bildirir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Donald Trampın Rusiyaya qarşı sanksiyaları ləğv etmək üçün bu ölkənin nüvə silahının ixtisar olunması şərtin Pia.az-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp nüvə arsenalının ixtisarına əvəz olaraq, Rusiyaya qarşı sanksiyaların ləğvini təklif etməyə hazırlaşır. Donald Tramp qeyd edib ki: “Rusiyaya qarşı sanksiyalar tətbiq edilib. Rusiya ilə yaxşı razılıqları əldə etmək olmazmı? Hesab edirəm ki, başlanğıc olaraq nüvə silahını azaltmaq bu prosesin tərkib hissəsi ola bilər. Ancaq Rusiya hazırda sanksiyalara görə xeyli əziyyət çəkir. Düşünürəm ki, sanksiyaların ləğvindən çox insan qazanacaq".

Həmçinin ABŞ prezidenti vəzifəsində fəaliyyətə başlayandan sonra Rusiya prezidenti Vladimir Putinə və Almaniya kanslerinə Angela Merkelə etibar edəcək. “Amma uzun müddət buna davam etmək mümkün olacaqmı?” – deyə yeni prezidenti əlavə edib. Xatırladaq ki, Tramp kiber hücumlar bəhanəsi ilə Rusiyaya qarşı sanksiyalar daxil edən Obamanın qərarını ləğv edəcəyini bildirmişdi.

Donald Trampın Rusiyaya qarşı sanksiyaları ləğv etmək üçün bu ölkənin nüvə silahının ixtisar olunmasını ilkin şərt olaraq irəli sürməsini necə dəyərləndirmək olar və hesab etmək olarmı ki, bu təkliflə çıxış edən Tramp SSRİ-nin dağılmasında xüsusi rolu olan, ABŞ-ın 40-cı prezidenti, respublikaçı Ronald Reyqanın yolu ilə gedir və Rusiyanı tərksilah etmək üçün Rusiya ilə işbirliyinə gedir? Ümumiyyətlə Putinin Trampın təklifinə yox deyəcəyi halda ABŞ-Rusiya münasibətlərini necə təsəvvür etmək olar? Tramp və Putin arasında qarşıdurma pik həddinə çata bilərmi?
Tramp Ronald Reyqanın yolu ilə gedir? -


Elxan Şahinoğlu: “Rusiyaya qarşı sanksiyaları ləğv etmək üçün bu ölkənin nüvə silahının ixtisar olunması məsələsində Rusiya ilə ABŞ arasında müəyyən razılaşma ola bilər”.

Politoloq qeyd edib ki, əgər ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltsa, onda Avropa da Rusiyaya qarşı verdiyi qərarlara baxmalı olacaq. Buna görə mümkündür ki, Rusiya ilə ABŞ arasında müəyyən razılaşma olsun:

“Donald Trampın Rusiyaya qarşı sanksiyaları ləğv etmək üçüh bu ölkənin nüvə silahının ixtisar olunması şərti çox ciddi şərtidir. Çünki Tramp əvvəl belə bir şərt irəli sürmürdü. Əvvəl Tramp istəyirdi ki, Rusiya ilə beynəlxalq terrorçulara qarşı birgə mübarizə aparsın. Amma indi yeni bir şərt irəli sürdü. Düşünürəm ki, Trampın bu şərti Rusiya tərəfindən qəbul oluna bilər. Çünki Rusiyanın Trampa böyük ümidləri var. Yəni Rusiya ümid edir ki, Tramp Rusiyaya qarşı tətbiq edilən sanksiyaları yumşaldacaq. Əgər ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltsa, onda Avropa da Rusiyaya qarşı verdiyi qərarlara baxmalı olacaq. Buna görə mümkündür ki, Rusiyaya qarşı sanksiyaları ləğv etmək üçün bu ölkənin nüvə silahının ixtisar olunması məsələsində Rusiya ilə ABŞ arasında müəyyən razılaşma olsun.

Bu təkliflə çıxış edən Tramp SSRİ-nin dağılmasında xüsusi rolu olan, ABŞ-ın 40-cı prezidenti, respublikaçı Ronald Reyqanın yolu ilə gedir müqayisəsi qüsurludur. O zaman SSRİ-i imperiyası var idi və Ronald Reyqanın məqsədi bu imperiyanı dağıtmaq idi. Donald Trampın belə bir məqsədi olduğun düşünmürəm. Çünki indi Rusiyanın dağılmağı heç bir ölkənin mənafeyinə uyğun deyil. Rusiyanın dağılması böyük problemlərə yol aça bilər. Əksinə Qərb ölkələri Rusiyada normal bir idarəetmənin olmasın istəyirlər.

Elxan Şahinoğlu: “Tramp istəyir ki, Rusiya siyasətinə dəyişiklik etsin və Rusiya ilə əməkdaşlığı gücləndirsin”.

Tramp da istəyir ki, Rusiyanın timsalında normal tərafdaşı olsun ki, beynəlxalq problemləri birlikdə həll edə bilsinlər. Çünki Rusiya bölgənin əsas oyunçularından biridir. Buna görə də Rusiyanın dağılması dünya ölkələrinə daha böyük fəlakət gətirə bilər. Həmçinin Rusiyanın dağılması terror yuvasının yaranması ola bilər. Çünki Rusiyanın Şimali Qafqaz kimi qeyri-sabit bir bölgəsi var. Bütün bunlara görə düşünmürəm ki, Trampın Rusiyanı dağıtmaq kimi məqsədi ola bilər.

Sadəcə Tramp istəyir ki, Rusiya siyasətinə dəyişiklik etsin və Rusiya ilə əməkdaşlığı gücləndirsin. Putin Trampın təklifinə yox deyəcəyi halda iki ölkə arasında istiləşmə baş verməyəcək. ABŞ-la münasibətlərin soyuq olması da Rusiyanın ziyanınadır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26