Interposta.Info

Trampdan Rusiya ilə bağlı -

Dünya
 21-06-2017, 12:49     588

ABŞ hökuməti Ukrayna böhranı ilə əlaqədar Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yeni siyahıya 19 şəxs və 19 qurum daxil edilib.

Məlumatlara görə, siyahıda Rusiya hökumətinin 2 nümayəndəsinin adı da var. Onların kimliyi açıqlanmır.

Sanksiyaların genişləndirilməsindən sonra ABŞ-ın Maliyyə naziri Steven Mnuçin jurnalistlərə açıqlama verib: "Bu sanksiyalar Ukrayna böhranının siyasi həlli üçün Rusiyaya təzyiqləri gücləndirəcək. ABŞ Prezidenti Donald Tramp Ukraynanın suverenliyinin bərpası və Rusiyanın Minsk öhdəliklərinə tam əməl etməsinə qədər sanksiya qərarından vaz keçməyəcək".

Qeyd edək ki, Avropa Birliyi dünən Rusiyanın Krım və Sevastopol bölgələrinə tətbiq edilənsanksiyaların 2018-ci ilin iyunun 23-ə qədər uzadılması ilə bağlı qərar qəbul edib.

Bu arada, Rusiya Xarici İşlər naziri Sergey Lavrov sanksiyaların genişləndirilməsinə münasibət bildirib. Onun sözlərinə görə, sanksiyalar heç bir səbəb göstərilmədən yenidən genişləndirilib:

"Ukraynadakı vəziyyətin ciddi müşahidə altında olması fikri gülünc doğurur. Təəssüf ki, Avropa Birliyi bu formul arxasında gizlənir: sanksiyalar Rusiyanın Minsk öhdəliklərini yerinə yetirməsindən sonra ləğv ediləcək. Biz Avropa Birliyindəki dostlarımızı Minsk razılaşmasını yenidən oxumağa dəvət edirik".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26