Interposta.Info

Bu, Moskvanın Qarabağ planının bir parçasıdır –

Müxtəlif
 17-10-2017, 11:02     8 457

Rusiya Ermənistana müdafiə krediti ayırmaqla əslində İrəvanı daha ağır borca sürükləmək və bu borcun müqabilində forpostunun iqtisadiyyatının hansısa bir parçasını özəlləşdirmək məqsədi güdür.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. O vurğulayıb ki, Rusiya sözügedən silahları öz hərbi qüvvələrinə məhz Ermənistanın hesabına verir:

“Çünki Ermənistan ordusu artıq Rusiya Silahlı Qüvvələrinin tərkib hissəsidir. Rusiya dəfələrlə Ermənistana borc verib və bunun müqabilində də bu ölkənin iqtisadiyyatının ən böyük hissələrini - energetika, nəqliyyat sahələrini ələ keçirib. İndi də Rusiya Ermənistana 100 milyon dollar əlavə borc verir ki, buradakı silahlı qüvvələrini silahlandırsın və sonda da özəlləşdirmə planını həyata keçirsin. Ermənistan artıq Rusiyanın hərbi bazasıdır. Rusiya son addımı ilə dünyaya nümayiş etdirir ki, bu bölgədə hökmranlığı məhz ruslar etməlidir. Zənnimcə, bu məqama beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin nədən ibarət olduğu və problemin həll edilməməsində kimlərin maraqlı olduğu üzə çıxsın”.

Qeyd edək ki, Rusiya İrəvana 100 milyon dollar həcmində müdafiə krediti ayırmaqla bağlı qərar verib. Kredit 15 il müddətinə illik 3%-lə verilir. Onun istifadə müddəti 2018-2022-ci illər arasında olacaq.

Rusiya bundan öncə Ermənistana eyni qaydada 200 milyon dollarlıq hərbi kredit vermişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26