Interposta.Info

Bakı-Ələt yolunda ağır qəza: Doqquz yaralı (ADLAR/ YENİLƏNİB)

Ölkə
 18-12-2021, 09:25     364


Bakı-Ələt yolunda ağır avtomobil qəzası baş verib.

"İnterPosta" xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu paylaşım edib.

O bildirib ki, avtobusla minik avtomobilinin toqquşması nəticəsində çoxsaylı yaralılar var:

"Bu saatlara kimi Kliniki Tibbi Mərkəzə yeddi nəfər gətirilib. Daha iki nəfərin də gələcəyi bildirilir. Onların arasında azyaşlı olmaqla, çox ağır vəziyyətdə olan yaralılar var”.

***

E.Hidayətoğlu bildirib ki, Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə doqquz nəfər gətirilib.

Yaralıların siyahısı:

1. 2008-ci il təvəllüdlü Əliyeva Nigar,

2. 1988-ci il təvəllüdlü Əliyeva Samirə,

3. 2010-cu il təvəllüdlü Əlili Əli,

4. 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə,

5. 1968-ci il təvəllüdlü Ağabəyova Gülzar,

6. 1961-ci il təvəllüdlü Məmmədova Təranə,

7. 1994-cü il təvəllüdlü Mərdarov Zabit,

8. 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə,

9. 1971-ci il təvəllüdlü Əliyev Xaliq.

Xəstələrdən üç nəfər reanimasiyadadır. Bir nəfər neyrotravma, bir nəfər travma şöbəsinə yerləşdirilib. Digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26