Interposta.Info

Azərbaycanda ağır qəza: yaralılar arasında 1 yaşlı körpə də var

Ölkə
 2-09-2018, 21:21     10 458

Mingəçevirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"XeberBiz" report-a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Xaldan avtomobil yolunda baş verib.

Belə ki, "Slavutiç" markalı minik avtomobili "Merсedes" markalı mikroavtobusla toqquşaraq yoldan çıxıb və aşıb. Hadisə nəticəsində 3 nəfər - sürücü, 1962-ci il təvəllüdlü Orucov Əmir Duman oğlu, 2002-ci il təvəllüdlü Orucova Ləman Əmir qızı və 2018-ci il təvəllüdlü Orucova Fatimə Royal qızı xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26