Interposta.Info

Aeroport yolunda ağır qəza: yaralılar var (VİDEO)

Ölkə
 6-04-2019, 11:25     10 419

Bakının Aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

İnterPosta.info
oxu.az-a istinadən xəbər verir ki, qəza zamanı "Daewoo” və "VAZ 2107” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən "Jiquli” aşıb.

Hadisə nəticəsində "VAZ 2107”də olan iki nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin şəxsiyyəti müəyyənləşib. Yaralananlardan biri 1971-ci il təvəllüldlü Əhmədov Bəxtiyar İslam oğludur.

Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində xəsarət alan digər şəxs isə 1978-ci il təvəllüdlü İsgəndərov Elnur Rasim oğlu olub. O, döş qəfəsinin əzilməsi, alt çənənin sıyrılması diaqnozu ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.

İnterPosta.info

[frame=https://qaynar.tv/embed/23512' width='560' height='315' frameborder=0 scrolling='no' id='hdvideoiframe' webkitAllowFullScreen mozallowfullscreen allowFullScreenğ

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26