Interposta.Info

Abşeronda ağır yol qəzası baş verib,

Ölkə
 17-11-2017, 23:57     10 534

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, "Shagman" markalı yük avtomobili "VAZ-2107" markalı avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində "VAZ-2107" markalı avtomobildə olan 3 nəfər xəsarət alıb.

Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xismətinin əməkdaşları cəlb edilib. Yaralılardan ikisi "VAZ-2107"-dən çıxarılıb. Daha bir yaralının avtomobildən çıxarılması əməliyyatı davam etdirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26