Yevlaxda ağır yol qəzası baş verib,

Yevlax rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin üçü Yevlax, üçü isə Mingəçevir şəhərinin sakinləridir.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə zamanı hər iki avtomobildə 3 nəfər olub.
Ölənlərdən 3-ü Yevlaxın Salahlı kəndinin, digərləri isə Mingəçevir şəhərinin sakinləri, “Veysəloğlu” şirkətinin əməkdaşlarıdır.
Cəsədlərin avtomobillərdən çıxarılmasına FHN-nin Mingəçevirdən göndərilmiş briqadası cəlb edilib və xüsusi alətlərdən istifadə olunub.
Qeyd edək ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ-21015" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.
***
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-21015" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26