Interposta.Info

Bərdədə ağır yol qəzası oldu - Ölənlər və yaralananlar var

Ölkə
 28-02-2021, 20:36     371

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"İnterPosta"-nın məlumatına görə, hadisə Yevlax-Ağdam yolunun Bərdə rayon Samux kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, "Vaz -2106", "Vaz-2107" və "Haval" markalı avtomobillər toqquşub. Hadisə zamanı 2 nəfər ölüb, bir neçə nəfər isə ağır xəsarət alıb. Ölənlərin və xəsarət alanların şəxsiyyəti araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26