Daha bir avtobus qəzası, 3 nəfər öldü, 6 nəfər yaralandı

Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində biri uşaq olmaqla 3 nəfər ölüb.
Qəza zamanı daha 7 nəfər ağır vəziyyətdə Yevlax Şəhər Xəstəxanasına yerləşdirilib.
Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26