Interposta.Info

Türkiyədə avtobus qəzası: azı 6 nəfər ölüb, 39 nəfər xəsarət alıb

Ölkə
 8-09-2018, 12:03     10 424

Türkiyədə sərnişin avtobusun qəzaya uğrayıb, azı 6 nəfər ölüb, 39 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi Türkiyənin NTV televiziyasına istinadla yayıb.

Bildirilir ki, hadisə Ankara-Aksaray şosesində baş verib. Avtobusda sıxılmış vəziyyətdə qalan insanların xilas edilməsi üçün əməliyyat aparılır.

Hadisə yerinə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26