Bolqarıstanda dəhşətli avtobus qəzası: 46 nəfər yanaraq öldü

Bolqarıstanda dəhşətli yol qəzası baş verib.
Hadisə Struma şosesində qeydə alınıb. Şimali Makedoniyadan gələn turist avtobus yerli vaxtla təxminən saat 03:00 (Bakı vaxtı ilə saat 04:00-da) radələrində qəzaya uğrayıb və yanıb. Hadisə yerində 46 nəfər, o cümlədən 12 uşaq həlak olub. Qəza zamanı avtobusda 52 nəfər olub.
Qeyd edilir ki, qəza zamanı daha 7 nəfər xəsarət alıb. Onlardan 2-si qadın, 5-i kişidir. Yaralılar Sofiyadakı xəstəxanaya yerləşdirilib./qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26