Interposta.Info

Almaniyada avtobus yanıb, 18 nəfər ölüb

Dünya
 3-07-2017, 20:35     533

Almaniyanın cənubunda, Bavariya bölgəsində 18 nəfərin ölümü ilə nəticələnən avtobus qəzası baş verib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Saksoniyadan turistləri daşıyan avtobus yük avtomobili ilə toqquşub və yanıb. Avtobusda 46 sərnişin və iki sürücü olub. 30 nəfər avtobusu tərk edə bilib. Digər 18 nəfər isə avtobusda yanıb.

Ölənlərin əksəriyyəti 66-81 yaşlarında qadın və kişilərdir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26