Interposta.Info

Türkiyə: avtobus qəzası nəticəsində həlak olanların sayı

Dünya
 13-05-2017, 17:32     631

Türkiyənin Marmaris bölgəsində baş verən avtobus qəzası nəticəsində həlak olanların sayı 23 nəfərə çatıb, 11 nəfər yaralanıb. Qəzaya uğrayan avtobusun turistləri daşıdığı bildirilir.

AZƏRTAC xəbər verir ki, Muğla valisi Çiçek NTV telekanalına açıqlamasında ölənlər arasında xarici turistlərin olmadığını deyib. Onun sözlərinə görə, avtobusdakı turist qrupunun əksəriyyəti qadın və uşaqlardan ibarət olub. Onlar İzmirdən Marmarisə gedirmişlər.

Xatırladaq ki, turist avtobusu bu gün Muğla-Antalya avtomobil yolunda uçuruma yuvarlanıb. Qəzanın sürücünün səhvi ucbatından baş verdiyi ehtimal edilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26