Kamerunda ağır yol qəzası -

Kamerunda sərnişin atvobusunun qəzaya uğraması nəticəsində 21 nəfər ölüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məlumata görə, avtobus dərəyə yuvarlanıb və ağaca çırpılıb. Hadisə nəticəsində daha 38 nəfər xəsarət alıb.
Ölkənin Qərb regionunun qubernatorunun sözlərinə görə, ölənlərin sayı arta bilər. O, qeyd edib ki, avtobusun sürücüsü qəza zamanı xəsarət almayıb.
Yaralılara yerli xəstəxanada tibbi yardım göstərilib. Qəzanın səbəbləri məlum deyil.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26